Azanfİlm studİyası PEŞƏKAR KOMANDASI, KREATİV YARADICI HEYƏTİ İLƏ

audiovizual əsərləri ən yüksək keyfiyyətdə və sürətlə hazırlayır.

  • “Əriyən ada” filminin çəkiliş prosesi

  • BAKI BEYNƏLXALQ TURİZM FİLMLƏRİ FESTİVALI

  • ANİMASİYA

    İnsanın xəyal dünyası sərhədsizdir...

  • SƏNƏDLİ

    Sərt reallıqları, poetik gerçəkləri müşahidə etmək üçün açıq göz lazımdır.

  • BƏDİİ

    Həyat özü bir filmdir. Filmi ekranlaşdırmaq isə həyat qədər realdır.

  • DİGƏR

    Həyatdan ləzzət almaq üçün zövqlə yaşamaq və çalışmaq bizim düsturumuzdur.

SONUNCU İŞLƏRİMİZ

  • ANİMASİYA

    Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş çoxpersonajlı animasiya filminin qəhrəmanı Toğruldur. Toğrul babası ilə zooparkda gəzinti zamanı babasına müxtəlif suallar verir: Hansı heyvan güclüdür?. Babası isə cavab vermək əvəzinə daha maraqlı yol seçir. Toğrul müxtəlif heyvanlara çevrilərək hansı heyvanın güclü olduğu haqqında özü qərar verməlidir.

    daha ətraflı
  • SƏNƏDLİ

    Orada zaman dayanıb. Orada qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edirlər. Orada yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, onlar istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün gedə bilərlər, amma... Onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bura ilə bağlıdır. Onlar həyatlarını əriyən ada
    ilə birgə əritməyə qərarlıdırlar.

    daha ətraflı
  • ANİMASİYA

    Məktəbəqədər yaşlı uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici animasiya serialı. Serialın ilk 3 seriyası artıq istehsalat mərhələsindədir. Serialın ilk 2 seriyası “Sayları öyrənək”, 3-cü seriyası isə “Rəngləri” öyrənək adlanır. Serialın qəhrəmanı “Pişan” adlı pişik balası serial boyu uşaqlar üçün lazım olan informasiyaları özü öyrənir, həm də tamaşaçılara öyrədir.

    daha ətraflı
  • Carum Rarum

    SƏNƏDLİ

    Film görkəmli heykəltəraş, əməkdar incəsənət xadimi Həyat Abdullayevanın 100 illik yubileyi ilə əlaqədar lentə alınıb. Film həyatın bütün çətinliklərindən keçmiş bir heykəltəraş qadının zəngin iş yaradıcılığı və ömür yoluna həsr olunub. Həyat Abdullayeva heykəl-portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin müəllifidir..

    daha ətraflı